Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

A Seriyasının 9 klubu məşqlərin bərpasından imtina etdi - Adlar

15 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İtaliya A Seriyasının 9 təmsilçisi mayın 18-də məşqə başlamaqdan imtina edib.

Press.az “Football Italia”ya istinadən xəbər verir ki, bunlar "Milan", "İnter", "Napoli", "Fiorentina", "Kalyari", "Atalanta", "Verona", "Sampdoria" və "Genoa"dır.

Bu klublar çempionatın bərpası ilə bağlı tərtib edilən tibbi protokoldan narazıdır.  Protokolda göstərilir ki, oyunçulardan birində və ya klubun hər hansı işçisində koronavirus  aşkar edilərsə, bütün komanda 15 gün ərzində karantinə göndəriləcək.

İtaliya klubları Bundesliqa nümunəsindən istifadə edilməsinin tərəfdarıdır. Bundesliqanın tibbi protokolunda qeyd olunub ki, koronavirusa yoluxma halında yalnız həmin şəxs karantinə göndərilir, komanda isə müvafiq testlərdən keçirilir.

Qeyd edək ki, İtaliya A Seriyasının iyunun 13-də bərpa olunacağı açıqlanıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI