Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda dilənçi qadınlar mənzili qarət etdi

15 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda qadınlar evdən oğurluq ediblər.

Press.az-ın məlumatına görə, hadisə Xəzər rayonu, Zirə qəsəbəsi, Bakıxanov küçəsində yerləşən V.Qasımovanın evində qeydə alınıb. Naməlum şəxslər qapıdan keçməklə 1 095 manat nağd pul və 4 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Yevlax rayon sakinləri, dilənçilər, 1995-ci il təvəllüdlü Sitarə Məmmədova və 1971-ci il təvəllüdlü Nigar Bəkirova saxlanılıb.

Faktla bağlı açılan cinayət işi üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər
OTACI