Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Muğanlı-İsmayıllı yolunda avtomobillər sel səbəbindən yolda qaldı

14 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Axşam saatlarında İsmayıllı rayonu ərazisinə yağan güclü leysan nəticəsində sel suları fəsadlar törədib.

Bir saat davam edən leysan yağışdan sonra dağlardan gələn sel Şamaxı-Muğanlı-İsmayıllı yolunun Diyallı və Talıstan kəndləri ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətinə çətinlik yaradıb.

Magistral yoldakı su ötürücüləri lil və çöküntülərlə dolduğu üçün yolu sel basıb. Sel sularının dağlardan gətirdiyi iri daşlar, ağac kötükləri və lil qatı yolun bağlanmasına səbəb olub. Nəticədə Bakı-Şamaxı-İsmayıllı-Qəbələ-Şəki istiqamətində və əks istiqamətə hərəkət edən yüzlərlə avtomobil yolda qalıb. Sel suları habelə avtomobillərin içinə də dolub.

Hazırda İsmayıllı rayon 10 №-li Yol İstismar İdarəsinin texnikaları əraziyə cəlb olunub, yolun açılması və nəqliyyatın hərəkətinin bərpası üçün işlər görülür.

Report

Oxşar xəbərlər
OTACI