Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Regionlarda vətəndaşlardan odlu silahlar götürülüb

14 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Regionlarda vətəndaşlardan odlu silahlar götürülüb

Press.Az xəbər verir ki, DİN Nəqliyyatda Baş Polis İdarəsinin (NBPİ) əməkdaşları daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Masallı rayon sakini İ.Qasımovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “TOZ-66” markalı ov tüfəngi və 3 ədəd patron götürüblər. 

Bundan başqa, Quba RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini B.Qədimovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi və 10 ədəd patron, Neftçala RPŞ-nin əməkdaşları şəhər sakini A.Rzayevdən müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov tüfəngi aşkar ediblər.

Araşdırmalar aparılır.

 

Oxşar xəbərlər
OTACI