Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Yaz cəriməni, çıxım, gedim. Onsuz da ödəməyəcəyəm” deyən şəxs həbs olundu - RƏSMİ

14 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili işlər Nazirliyi Bakıda keçirilən reydlərin birində vətəndaşın “Yaz cəriməni, çıxım, gedim. Onsuz da ödəməyəcəyəm” məsələsinə münasibət bildirib.

DİN-nin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Oxu.Az-ın sorğusuna cavabında deyib ki, həmin fikirləri səsləndirən şəxs Sumqayıt şəhər sakini olub:

“Aprelin 6-da ölkədə elan edilən xüsusi karantin rejimi qaydalarını pozduğuna görə şəhər sakini  Mübariz Nəzərov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub və 100 manat məbləğində inzibati qaydada cərimə yazılıb. Aprelin 17-də həmin şəxs yenidən ölkədə elan edilən xüsusi karantin rejimi qaydalarını pozub.

Buna görə də onun barəsində yenidən protokol tərtib olunub, qanuna uyğun olaraq hər iki protokol baxılması üçün şəhər məhkəməsinə göndərilib”.

“Məhkəmənin qərarı ilə M.Nəzərov İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək, 15 gün müddətinə inzibati qaydada həbs edilib”, - deyə DİN rəsmisi qeyd edib.

Oxşar xəbərlər
OTACI