Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Energetika Nazirliyi bu ilin 4 ayında Azərbaycan üzrə elektrik enerjisinə dair operativ məlumatları açıqlayıb

14 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

2020-ci ilin aprel ayında respublika üzrə elektrik enerjisinin istehsalı 1923,6 mln. kVt·st, ixracı 17,5 mln.kVt·st, idxalı 17,7 mln. kVt·st olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə aprel ayında respublika üzrə elektrik enerjisinin istehsalı 112,2 mln. kVt·st, ixracı 86,4 mln. kVt·st azalıb, idxal isə 6,5 mln. kVt·st artıb.

Press.az-ın məlumatına görə, cari ilin yanvar-aprel aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 68,2 mln. kVt·st artaraq 8896,7 mln. kVt·st olub.

Hesabat dövründə ötən ilin 4 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 189,2 mln. kVt·st artaraq 8435,2 mln. kVt·st, SES-lərdə 120,2 mln. kVt·st azalaraq 341,8 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 0,8 mln. kVt·st azalaraq 119,7 mln. kVt·st olub. Külək Elektrik Stansiyalarında 34,5 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında 13,4 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 71,8 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

2020-ci ilin 4 ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 7985,8 mln. kVts (İES-lərdə 7689,9 mln. kVt·st, SES-lərdə 295,9 mln.kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 114,1 mln. kVt·st (İES-lərdə 62,7 mln. kVt·st, SES-lərdə 39,9 mln. kVt·st, Günəş ES-də 11,5 mln. kVt·st), Müstəqil Elektrik Stansiyaları üzrə 796,8 mln. kVt·st təşkil edib.

Bu dövr ərzində elektrik enerjisinin ixracı 500,6 mln. kVt·st olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 116,4 mln. kVt·st azalıb. Elektrik enerjisinin idxalı isə 44,7 mln. kVt·st təşkil etməklə, ötən ilin müvafiq dövrünə nisbətən 7,5 mln. kVt·st azalıb

Oxşar xəbərlər
OTACI