Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Lənkəranda xüsusi karantin rejiminin tələblərinə nəzarət və profilaktik tədbirlər gücləndirilib

14 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mayın 1-dən ölkə ərazisində xüsusi sanitar rejimin tətbiq edilməsinə nəzarət Lənkəran rayonunda da gücləndirilib.

Press.az xəbər verir ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin kəsərliliyini daha da artırmaq məqsədilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Şəhər Rayon Polisinin Şöbəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev şəxsən sakinlərlə maarifləndirici söhbətlər aparıb, tövsiyyələrini veriblər. Bir daha vətəndaşlara karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etmələrinin, tibbi-mühafizə vasitələrindən müntəzəm istifadə olunmasının, sosial məsafənin gözlənilməsinin, əsasən bankların qarşısında xüsusi işarələnmiş yerlərdə dayanıb növbə gözləməyin vacibliyi çatdırılıb. Maddi yardımların verilməsi ilə bağlı poçt məntəqələrinin, bankların, və digər idarələrin qarşısında sosial məsafənin gözlənilməsinin təmin edilməsi məqsədilə cizgilənmə işləri aparılıb. Tədbirlər zamanı zamanı Lənkəran Şəhər İcra Hakimiyyətinin və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ümumilikdə 1800-dən artıq vətəndaşa tibbi maska paylanılıb və evdən çıxarkən, qapalı məkanlarda, ictimai nəqliyyatda olan zaman nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə edilməsinin, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlanılmasının, bütövlükdə karantin və sanitar rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət edilməsinin onların və yaxınlarının sağlamlığı üçün zəruri olduğu qeyd edilib. Sakinlər də öz növbəsində onların sağlamlığını diqqətdə saxladıqlarına və bu istiqamətdə həyata keçirilən genişmiqyaslı işlərə görə minnətdarlıqlarını ifadə ediblər.

Oxşar xəbərlər
OTACI