Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qusarda əkinlə bağlı su təminatının yaxşılaşdırılması üçün vəsait ayrıldı - SƏRƏNCAM

14 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Prezident İlham Əliyev "Qusar rayonunda həyətyanı sahələrin və əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Press.az xəbər verir ki, sərəncamla Qusar rayonunun Zuxul kəndində həyətyanı sahələrin və əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.21-ci yarımbəndində göstərilmiş məbləğin 652 000 (altı yüz əlli iki min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Oxşar xəbərlər
OTACI