Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DİM beynəlxalq imtahanların keçirilməsinə başlayır

14 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dövlət İmtahan Mərkəzi (DİM) müvafiq sanitar-gigiyenik qaydalara uyğun olaraq, beynəlxalq imtahanların keçirilməsinə başlayır.

Mərkəzdən Press.az-a verilən məlumata görə, mart ayından etibarən koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı ölkədə həyata keçirilən tədbirlərə uyğun olaraq beynəlxalq imtahanların keçirilməsi təxirə salınıb. DİM müvafiq sanitar-gigiyenik qaydalara uyğun olaraq 14 may tarixindən etibarən beynəlxalq imtahanların keçirilməsini davam etdirəcək:

"Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaqdır. İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır".

DİM-də keçirilməsi nəzərdə tutulan müxtəlif beynəlxalq imtahanlar və onların tarixləri ilə aşağıdakı cədvəldə təqdim edilir:

İmtahanın adı

Tarix

Saat

TOEFL iBT

30 may, 13 və 20 iyun, 4 iyul

09:30

GRE

26 iyun, 15 avqust, 5 sentyabr

10:00

IT, maliyyə, mühasibat, menecment, audit, layihələrin idarə edilməsi və s. sahələr üzrə 100-dən çox imtahan

Hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri

Səhər növbəsi: 08:30–13:30

Günorta növbəsi: 14:00-18:00

“Pearson Test of English Academic” (PTE-Academic)

Hər həftənin çərşənbə axşamı və cümə axşamı günləri

Səhər növbəsi: 10:00–13:00

Günorta növbəsi: 15:00-18:00

SAT

29 avqust, 26 sentyabr,

3 oktyabr, 7 noyabr, 5 dekabr

09:00

Oxşar xəbərlər
OTACI