Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda azyaşlı küçədə qarət olundu

14 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda azyaşlı küçədə qarət edilib.

Press.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu Molla Cümə küçəsində baş verib. 2008-ci il təvəllüdlü V.Mikayılov küçədə naməlum şəxsin hücumuna məruz qalıb. Naməlum şəxs azyaşlını hədələyərək cibindən mobil telefonunu götürüb hadisə yerindən qaçıb.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Naftalan rayon sakini 2002-ci il təvəllüdlü B.Məmmədov saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 21-də, Bakı şəhər sakini B.Əzizova məxsus Nərimanov rayonu Ə.Vahid küçəsindəki mağazanın kassasından pul oğurladığı müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI