logo
First slide

Dezinfeksiya məhlulları insan orqanizminə mənfi təsir göstərir? - AÇIQLAMA

14 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ərazilərdə dezinfeksiya işlərinin aparılması üçün istifadə edilən dezinfeksiyaedici məhlullar insan orqanizminə mənfi təsir göstərmir.

Bunu Bakı Şəhər Dezinfeksiya Mərkəzinin (BŞDM) direktoru Akif Məmmədov deyib.

Onun sözlərinə görə, hər hansı mənfi təzahürlər ortaya çıxmasın deyə, ərazidə dezinfeksiya işləri aparıldıqdan 2 saat sonra nəm təmizlik işlərinin aparılması tövsiyə edilir.

A.Məmmədov qeyd edib ki, nəm təmizlik işlərinin aparılması ərazinin dezinfeksiyası üçün istifadə edilən məhlulların təsir etmə gücünü azaltmır.

Mərkəz direktoru dezinfeksiya işlərinin aparıldığı iki saat ərzində həmin məhlulların ərazidəki virusların ölməsinə səbəb olduğunu, öz təsirini göstərdiyini açıqlayıb.

Direktor əlavə edib ki, hazırkı şəraitdə müəssisələr yalnız profilaktik məqsədlə həyata keçirdikləri dezinfeksiya işləri ilə kifayətlənməli deyillər:

“Onlar özləri də cari dezinfeksiya işləri aparmalıdırlar. Cari dezinfeksiya dedikdə, xüsusi məhlulla hər gün qapı dəstəklərinin təmizlənməsi, döşəmələrin, pəncərələrinin ön hissələrinin silinməsi və s. nəzərdə tutulur. Müəssisələrin xüsusi sanitar işçiləri bu işləri hər gün görməlidirlər”.

Hazırda dezinfeksiya üçün istifadə edilən məhsulların çatışmazlığı probleminin olmadığını da söyləyən A.Məmmədov əlavə edib ki, bu məhsulların arasında həm Azərbaycanda, həm də xarici ölkələrdə istehsal edilən dezinfeksiya vasitələrinin olduğunu açıqlayıb.

Trend

Oxşar xəbərlər