Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Çində daha 15 nəfərdə koronavirus aşkarlandı

14 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Çin Xalq Respublikasında son 24 sat ərzində 15 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Press.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Yoluxanlardan on ikisi yeni simptomsuz daşıyıcıdır. Yoluxma faktları ölkə daxilində qeydə alınıb.

Çinə xaricdən gələn 1 692 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb. Onlardan 1 632-si sağalıb, 60 nəfər isə həkim nəzarətindədir. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Oxşar xəbərlər
OTACI