Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda qumar oyunlarının reklamı sürətlə artıb: səbəb və fırıldaqlar - VİDEO

14 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Son zamanlar sosial şəbəkələrdə tez-tez insanları mərc oyunlarına dəvət edən reklamlara rast gəlmək olur. Üstəlik bu reklamlarda azərbaycanın məşhur simalarının şəkillərindən saxtakarcasına istifadə edilir. Mütəxəssislər xəbərdarlıq edir ki, bu yolla insanlar qumara dəvət olunur və pulları oğurlanır. Aidiyyatı qurumlar isə belə səhifələrin xaricdən idarə edildiyini və hazırda onlarla mübarizə aparıldığını qeyd edir.

Son zamanlar sosial şəbəkə istifadəçilərinin qarşısına tez-tez qumar oyunlarına dəvət xarakterli reklamlar çıxır. Burada isə sanki hər kəsin bu oyunu oynamaqla milyonçu ola biləcəyi göstərilir. Çox təssüf ki, bu zaman ölkəmizin məşhur simalarının şəkillərindən də saxtakarcasına istifadə edilir. Azərbyacan cəmiyyətinin həmin şəxsələrə olan inamına bələd olan dələduzlar bu yolla insanların bank hesabları ilə bağlı məlumatları alır və onları onlayn qumara cəlb edirlər .

Əslində facebook və instagramda bu tipli reklamlar qadağan edilsə də, bu reklamları idarə edənlər çoxlu sayda səhifə açır və səhifə bloklanmamış öz şikarlarını tapmağa çalışırlar. İnsanların bu oyunlardan gəlir əldə etmək imkanı isə sıfıra bərabərdir.

Bu kimi reklamlardan isə aldadılan vətəndaşlarla yanaşı, şəkilləri istifadə edilən məşhurlar da ziyan görür. Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirlyinin sözçüsü Günel Gözəlova bildirib ki, bu məsələ ümumi nəzarətdə olsada xüsusi ilə də məşhur simalar bu kimi hallarla qarşılaşarlarsa, dərhal nazirliyin Elektron Təhlükəsizlik Xidmətinə məlumat verməlidirlər.

Hüquqşünas Xəyal Bəşirova isə bu kimi hallara yol verənlərin çox sərt şəkildə cəzalandırıla biləcəyini deyir.

Eyni zamanda bu kimi hallardan əzyyət çəkən məşhurlar digər maddi və mənəvi təzminatlara görə məhkəmələrə də müraciət edə bilər.

Oxşar xəbərlər
OTACI