Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nyu-Yorkda koronavirusdan ölənlərin sayı 20 mini ötdü

14 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ-ın Nyu-York şəhərində 185 206 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Press.az “TASS”a istinadən xəbər verir ki, bu barədə şəhərin ictimai səhiyyə idarəsi məlumat yayıb.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 15 223 nəfər dünyasını dəyişib. Digər 5 083 ölümünə səbəb isə koronavirusun yaratdığı xəstəlikdir.

Şəhərin meri Bill de Blazio bildirib ki, son 24 saat ərzində tibb müəssisələrinə qəbul edilən xəstələrin sayı gündə 51-dən 78-ə yüksəlib. Süni nəfəs aparatına ehtiyacı olanların da sayı 11 pasiyent artaraq 561-ə çatıb.

De Blazio bildirib ki, şəhər iqtisadiyyatının yenidən qurulmasına iki il ərzində təxminən 17 milyard ABŞ dolları həcmində federal yardım lazımdır.

Oxşar xəbərlər
OTACI