logo
First slide

Dünyada sutkada koronavirusa yoluxanların sayı 81 mindən çox artıb

13 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünyada yeni koronavirusa yoluxanların sayı sutkada 81 mindən çox artaraq 4,17 milyonu keçib. Təsdiq edilmiş ölüm hallarının sayı 4 mindən çox artaraq 287 mini keçib.

Press.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Dünyada 4 170 424 yolxuma və 287 399 ölüm halı qeydə alınıb. Sutka ərzində daha 81 577 nəfər koronavirus yoluxub, 4 245 nəfər ölüb.

Son 24 saat ərzində Şimali və Cənubi Amerika bölgəsi koronavirusun səbəb olduğu xəstəliyin başlamasından bəri yoluxmuş insanların sayına görə birinci yerə çıxıb (1 781 564). Sutka ərzində bu göstərici 37 847 nəfər artıb, ölənlərin sayı 1 955 artaraq 106 504 nəfərə çatıb.

Avropada 1 780 360 nəfər koronavirusa yoluxub və 159 799 ölüm faktı qeydə alınıb. 24 saat ərzində yoluxanların sayı 24 527, ölüm halları isə 1918 nəfər artıb.

Dünyada yoluxanların sayında üçüncü yeri Şərqi Aralıq dənizi bölgəsi tutur. Mayın 13-nə olan vəziyyətə görə, orada 284 270 yoluxma halı aşkarlanıb və 9 529 ölüm faktı qeyd edilib. Sutka ərzində yoluxanların sayı 10 243 nəfər artıb, 121 nəfər ölüb.

Ölkələr üzrə hesabatda ən çox yoluxma halları ABŞ-da (1 322 054), Rusiyada (242 271), İspaniyada (228 030), Böyük Britaniyada (226 467), İtaliyada (221 216), Almaniyada (171 306), Braziliyada (168 331), Türkiyədə (141 475), Fransada (138 161) və İranda (110 767) qeydə alınıb.

Oxşar xəbərlər