Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Karantin cərimələrini ödəməyənləri nə gözləyir? - VİDEO

13 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda keçirilən reydlərin birində vətəndaşın “Yaz cəriməni, çıxım gedim. Onsuz da ödəməyəcəyəm” reaksiyası müzakirələrə səbəb olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov məsələ ilə bağlı Baku TV-yə bildirib ki, bu cür düşünənlər səhvə yol verirlər:

“Karantin rejiminin pozulmasına görə tətbiq edilən cərimələrin ödətdirilməsi mexanizmi mövcuddur. Tərtib edilən protokola  görə vətəndaşa məhkəməyə müraciət etməsi üçün 10 gün müddət verilir. Yəni vətəndaş özünü günahkar hesab etmirsə, protokoldan şikayət verə bilər. 10 gün müddət tamam olanda şikayət olunmazsa, protokol qanuni qüvvəyə minmiş sayılır.

Bundan sonra vətəndaşa cəriməni ödəmək üçün 30 gün vaxt verilir. Bu 40 gün ərzində sahə müvəkkilləri adına protokol tərtib edilən şəxslərə cəriməni ödəmələri barədə xəbərdarlıq edir”. 

Ətraflı süjeti təqdim edirik:

Oxşar xəbərlər
OTACI