Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda sürücüyə dəmir parçası ilə hücum edən şəxs həbs edildi - FOTO

13 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda sürücülər arasında insidentə səbəb olan sürücü saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Press.az-a verilən məlumata görə, mayın 12-də Sabunçu rayonu, Zabrat şosesində "Changan" markalı 99 AF 375 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən əks yola çıxdığından ona irad bildirən digər sürücüyə avtomaşından götürdüyü dəmir parçası ilə hədə-qorxu gələn sürücü – 1964-cü il təvəllüdlü, əvvəllər məhkum olunmayan, Sabunçu rayonu Maştağa qəsəbə sakini Kamal Nəcəfov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

K.Nəcəfov barəsində barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

Oxşar xəbərlər
OTACI