Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə koronavirusdan sağalanların sayı 100 mini ötdü - STATİSTİKA

13 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyədə ötən sutka koronavirusdan daha 58 nəfər ölüb.

Press.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Onun sözlərinə görə, bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı 3 952 nəfərə çatıb.

Bundan başqa, son 24 saatda ölkədə 1 639 yoluxma qeydə alınıb və beləliklə, infeksiya daşıyıcılarının sayı 143 114 nəfərə çatıb.

Habelə bir gündə koronavirusa yoluxmuş 2 826 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Bununla da infeksiyadan sağalanların sayı 101 715 nəfərə çatıb. 

Oxşar xəbərlər
OTACI