Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanın heç bir diplomatik nümayəndəsi koronavirusa yoluxmayıb - RƏSMİ

13 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın xarici ölkədə olan diplomatik korpus nümayəndələrində koronavirus aşkarlanmayıb.

Press.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifində Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

O bildirib ki, Azərbaycanın xaricdə olan diplomatik nümayəndələri karantin qaydalarına tam əməl edirlər: "Sevindirici haldır ki, nə diplomatik nümayəndələrimiz, nə də onların ailə üzvlərindən bu virusa yoluxma ilə bağlı bu günə qədər heç bir məlumat daxil olmayıb. Bu vaxta qədər heç bir nümayəndəmiz və ya onların ailə üzvlərindən kimsə ölkəyə qayıtmayıb. Həmçinin, ölkəmizdəki diplomatik korpusların nümayəndələri arasında da koronavirusa yoluxma halı aşkar edilməyib".

Oxşar xəbərlər
OTACI