Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycana qayıtmaq üçün ən çox müraciət hansı ölkələrdən daxil olub? - XİN-dən AÇIQLAMA

13 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"May ayının 1-dən bu günə qədər Xarici İşlər Nazirliyinin “Qaynar xətt”inə 664 zəngi daxil olub və cavablandırılıb".

Press.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahda bu gün keçirilən brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, zənglər hələ də davam etməkdədir: “Həm XİN, həm də diplomatik nümayəndəliklərimiz tərəfindən vətəndaşlarımızla davamlı əlaqə saxlanılır. ÜST-nin və ekspertlərin tövsiyyələrini nəzərə alınmaqla vətəndaşlarımıza müraciətimiz olub ki, olduqları yerdə qalsınlar və karantin qaydalarına riayət etməklə fəaliyyətlərini davam etdirsinlər. Hazırda 60-a yaxın ölkədə Azərbaycan vətəndaşı var. Ölkəyə qayıtmaq üçün ən çox müraciətlər qonşu ölkələr Türkiyə və Rusiyadandır”.

Oxşar xəbərlər
OTACI