Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan koronavirusla mübarizədə hansı ölkələrə maddi və humanitar yardımlar edib? - RƏSMİ

13 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan koronavirusla mübarizə istiqamətində bir sıra ölkələrə maddi və humanitar yardımlar göstərib və göstərməkdə davam edir.

Press.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

H.Hacıyev bildirib ki, Azərbaycan Macarıstan, Pakistan, Bosniya, Tacikistan, Qırğızıstan və digər ölkələrə maddi və humanitar yardımlar göstərib.

O qeyd edib ki, hazırda Serbiya Respublikasına və fələstinli qaçqınlara da yardımların göstərilməsi istiqamətində işlər aparılır.

H.Hacıyev vurğulayıb ki, bütün bunlar Azərbaycanın koronavirusla bağlı mübarizəyə beynəlxalq səviyyədə göstərdiyi mühüm dəstəkdir.

Oxşar xəbərlər
OTACI