Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İcra başçısı lüks avtomobilindən imtina etməsi ilə bağlı məsələyə aydınlıq gətirdi

13 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev son günlər bahalı avtomobilindən istifadə etməməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Press.az xəbər verir ki, İcra başçısı Oxu.Az-a açıqlamasında bildirib ki, bunlar əsassız iddialardır:

“Bunlar şayiədir, böhtan xarakterli xəbərlərdir. Hazırda hökumət tərəfindən verilən “Toyota” markalı, 16-AA-001 dövlət nömrə nişanlı xidməti maşınla rayon ərazisində hərəkət edirəm”.

Ə.Abıyev özünə yerli istehsal olan “NAZ Lifan” avtomobili alaraq, rayon ərazisində həmin avtomobildə hərəkətə üstünlük verməsi barədə deyilənlərdən də danışıb.

O qeyd edib ki, rayon ərazisində hərəkət üçün “NAZ Lifan” avtomobili almayıb:

“Belə bir planım da yoxdur. Mən üç aydır nə qonşu rayonlara, nə də Bakı şəhərinə gedirəm”.

Oxşar xəbərlər
OTACI