Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nəsimi rayonunda silsilə oğurluqlar törədən şəxs tutulub

13 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Nəsimi rayonunda silsilə oğurluqlar törədən şəxs tutulub

Press.Az xəbər verir ki, Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 5-də rayon ərazisindəki uşaq bağçasından kompüter və müşahidə kamerasının yaddaş qurğusunu oğurlayan Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş H.Seyidov saxlanılıb.

Araşdırma zamanı onun, tədris mərkəzindən 1500 manat dəyərində televizor, 2 kafedən 3080 manat dəyərində 3 ədəd oyun aparatı və müşahidə kamerası, 2  çay evindən isə 400 manat dəyərində televizor və monitor oğurlaması müəyyən edilib.

Nəsimi RPİ-də CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Oxşar xəbərlər
OTACI