Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Evində narkotik yetişdirən şəxs saxlanıldı - FOTO

13 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan Press.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Tovuz Rayon Polis Şöbəsinin və Tovuz Regional Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, 28 yaşlı Elvin Süleymanov saxlanılıb.

RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus fərdi mənzilə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 70 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI