Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Azərişıq”: Sel 35 kV-luq hava xətti üçün təhlükə yaradıb

13 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejimini davam etdirir. 

Bu barədə Press.az-a qurumdan məlumat verilib.

Bildirilir ki, Quba rayonunda 35 kV-luq “Təngaltı” və “Ulduz- 2” hava veriliş xətləri keçən ərazidə sel sularının artması nəticəsində çay öz vadisindən çıxıb elektrik dayağının fundamentini yumaq təhlükəsi ilə üzləşib. 

"Operativ olaraq əraziyə cəlb olunan texnikanın köməyi ilə çayın məcrası dəyişdirilib və qəzanın qarşısı alınıb. Mövcud hava durumu ilə əlaqədar ərazilərə əlavə mal - materal və texnika ayrılıb. Qərb rayonlarında və o cümlədən “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı idarəsinin ərazisində olan Göyçay və Ağsu rayonu ərazisində də elektrik enerjisi təsərrüfatına ciddi ziyan dəyib. Təmir- bərpa işləri davam etdirilir", - məlumatda deyilir.

Oxşar xəbərlər
OTACI