logo
First slide

Azərbaycanda ilk ödənişli avtomobil yolunun istifadəyə veriləcəyi TARİX məlum oldu

13 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu ilin iyun ayından etibarən Azərbaycanda ilk ödənişli avtomobil yolu istifadəyə veriləcək.

Bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin Mətbuat xidmətinin rəisi Anar Nəcəfli məlumat verib.

Məlumatda bildirilir ki, Bakı-Quba-Rusiya sərhədi yoluna alternativ çəkilən M1 avtomagistralının 90 kilometrə yaxın hissəsi istifadəyə veriləcək: "Yolun həmin hissəsi iyun ayında açılacaq. Hazırda həmin hissədə quraşdırılmaq üçün turniketlər ölkəyə gətirilib. Hazırda həmin turniketlərin quraşdırılması prosesinə start verilib. Avadanlıqların quraşdırılma prosesi paralel olaraq aparılır. Yolun həmin hissəsi istifadəyə verilərkən artıq avtomagistral ödənişli olacaq. Hazırda tikintisi yekunlaşan hissədə nəzarət-buraxılış məntəqələrinin quraşdırılması üçün işlər aparılır".

Qurum rəsmisi bildirib ki, avtomagistralda ödəniş məbləği bu ay ərzində müəyyənləşəcək: "Bununla bağlı ətraflı məlumat veriləcək. Hər kilometrə görə yük və minik avtomobilləri üçün ödənişlər fərqli olacaq".

Trend

Oxşar xəbərlər