Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədən turistlər üçün yeni məhdudiyyətlər

13 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə xarici turistlər üçün yeni məhdudiyyətlər tətbiq edəcək.

Press.az xəbər verir ki, bu barədə ATOR Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoya istinadla məlumat yayıb.

Nazirin sözlərinə görə, hakimiyyət xaricdən gələn bütün əcnəbiləri və yerli vətəndaşları ölkənin hava limanlarında COVID-19 testindən keçməyə məcbur edəcək.

Qeyd olunur ki, iyun ayından etibarən ölkənin Səhiyyə Nazirliyi Türkiyənin əsas hava limanlarında sərnişinlərdə virusun olub-olmadığını yoxlayan xüsusi laboratoriyalar təşkil edəcək.

Testlərin pasport nəzarətindən keçməzdən əvvəl aparılacağı və iki-üç dəqiqədən çox çəkməyəcəyi qeyd edilir. Hər bir sərnişin nəticəni beş-altı saatdan sonra biləcək. Nəticənin müsbət olduğu təqdirdə turist dərhal hoteldə təcrid olunacaq və onun əlaqə dairəsi müəyyənləşdiriləcək.

Oxşar xəbərlər
OTACI