Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"İnstagram" çox şərhləri bir anda silmək funksiyasını tətbiq edir

13 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"İnstaqram" sosial şəbəkəsi internetdə virtual münaqişələr ehtimalını azaltmaq üçün şərhlərlə bağlı bir sıra yeniliklər tətbiq edir. 

Press.az-ın məlumatına görə, bu barədə "Facebook" şirkətinə məxsus sosial şəbəkənin press-relizində xəbər verilir.

"İndi bir anda çox şərh silə, bir neçə nəfəri blok edib əlaqədə məhdudlaşdıra bilərsiniz. Ayrıca "İnstagram"da kimlərin sizi publikasiyalarda və ya şərhlərdə qeyd edə biləcəyini təyin etmək imkanını əldə edəcəksiniz", - məlumatda bildirilir.

İstifadəçilər dərc altında 25-ə qədər şərhi qeyd edib bir kliklə silə və bu şərhlərin müəlliflərini blok edib, bəyəndikləri şərhləri ilk başda görünməsi üçün niçanlaya biləcəklər

Oxşar xəbərlər
OTACI