Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Moskvada koronavirusdan ölənlərin sayı 1 200-ü ötdü

12 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyanın paytaxtı Moskvada son bir gündə koronavirusdan 50-dən çox pasiyent ölüb.

Press.az TASS-a istinadən xəbər verir ki, bu barədə Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargah məlumat yayıb.

Qeyd edilir ki, bununla da paytaxtda COVID-19-dan ölənlərin sayı 1 232 nəfərə çatıb. 

"Moskvada pnevmaniya diaqnozunun təsdiq edildiyi və koronavirus testlərinin müsbət nəticə verdiyi 53 pasiyent öldü", - qərargahda bildiriblər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Oxşar xəbərlər
OTACI