Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kamil Zeynallının həbsinin təfərrüatı bilindi - YENİLƏNİB

12 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bu gün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Kamil Zeynallı 10 sutkalıq həbs olundu”. 

Press.az xəbər verir ki, bunu Oxu.Az-a fitnes məşqçisi, karantin dövründə insanlara maddi yardım edən Kamil Zeynallının köməkçisi Rasim Qarayev deyib.

O, Kamilin həbs olunmasını bu cür izah edib:

“Karantin qaydalarını pozduğu üçün həbs olunub. Əvvəl Ucara, 5-6 gün əvvəl isə Füzuli rayonuna maddi yardım paylamağa getmişdi. Bakı sakinlərinə rayonlara getməyə icazə verilmədiyindən, karantin qaydalarını pozduğu deyildi”. 

19:40

Tanınmış idmançı Kamil Zeynallı həbs edilib.

Press.az-ın məlumatına görə, bu barədə onun "Instagram" səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, K.Zeynallı karantin qaydalarını pozduğuna görə 10 sutka inzibati həbs olunub.

Oxşar xəbərlər
OTACI