Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda daha 104 nəfər koronavirusa yoluxdu, 55 nəfər sağaldı, 1 nəfər vəfat etdi - RƏSMİ

12 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Respublikasında 104 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 55 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Press.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, arterial hipertoniya və şəkərli diabet xəstəliyi olan 1943-cü il təvəllüdlü vətəndaş vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 2693 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1735 nəfər müalicə olunaraq sağalmış, 33 nəfər vəfat etmiş, 925 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 202.282 test aparılmışdır.

Oxşar xəbərlər
OTACI