Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yaponiya Azərbaycan vətəndaşlarına girişi qadağan edəcək

12 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yaponiya koronavirus pandemiyası səbəbindən Azərbaycan, Qazaxıstan və 11 digər ölkənin vətəndaşlarına qadağa qoyacaq.

TASS bu barədə mayın 12-də Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqinin açıqlamasına istinadla xəbər yayır:

“Koronavirusun yayılması ilə əlaqədar vəziyyətin inkişafını nəzərə alaraq, digər 13 ölkə üçün səyahət təhlükəsini üçüncü səviyyəyə qaldırmaq qərarına gəldik”.

Yaponiya vətəndaşlarının müəyyən ölkələrə səfərlərdən imtina etmələri üçün təxirəsalınmaz tövsiyələrin olduğu siyahıya indi Azərbaycan, Honduras, Qazaxıstan, Kolumbiya, Meksika, Uruqvay da daxildir.

Moteqi qeyd edib ki, yaxın gələcəkdə Milli Təhlükəsizlik Şurası bu ölkələrdən olan vətəndaşların, habelə iki həftə ərzində Yaponiyada səfərdə olanların girişinə qoyulan qadağanı təsdiq edəcək.

Beləliklə, siyahıya 100 ölkə daxil olacaq. İndi siyahıda ABŞ, Aİ (Avropa İttifaqı), Cənub-Şərqi Asiya, Çin, Cənubi Koreya, Rusiya, Belarus və Ukrayna daxil olmaqla 87 ölkə var.

Oxşar xəbərlər
OTACI