Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakı xəstəxanalarında istifadə olunmuş tibbi vasitələr xüsusi qaydada utilizasiya edilir

12 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtda koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə kompleks tədbirlər həyata keçirilir.

BŞİH-in Mətbuat Xidmətindən bildirilib ki, paytaxtdakı küçə və prospektlər, yollar, yaşayış binaları və digər tikililər, həyətlər, park və istirahət yerləri, ticarət nöqtələri, iaşə obyektləri və dayanacaqları, bir sözlə insanların toplaşdığı məkanlar mütəmadi olaraq xüsusi kimyəvi vasitələrlə dezinfeksiya edilir.

Eyni zamanda, BŞİH-in strukturuna daxil olan kommunal xidmətlər tərəfindən insanların sağlamlığının qorunması istiqamətində digər tədbirlər də həyata keçirilir. Belə ki, mövcud karantin şəraitində koronovirus xəstələri, olanlara xidmət edən həkim və tibb heyətinin istifadə etdiyi qoruyucu geyim və digər vasitələrin tibb müəssisələrindən yığılaraq xüsusi qaydada utilizasiyası mühüm əhəmiyyət kəsb edir. Bu tədbirlər digər şəxslərin də xəstəliyə yoluxmasının qarşısını alır.

Həmin işlər çərçivəsində kommunal xidmətlərin xüsusi texnikası tərəfindən TƏBİB-in tabeliyində olan xəstəxana və tibb müəssisələrində istifadə edilmiş qoruyucu geyim və digər vasitələr toplanılaraq Abşeron rayonu, Pirəkəşkül massivindəki Ekologiya və Təbii Sərvətlər Nazirliyi Təhlükəli Tullantılar Poliqonu ərazisində yerləşən xüsusi müəssisəyə təhvil verilir. Təhlükəli tullantılar bu poliqondakı insineratorda (dünya standartlarına cavab verən xüsusi soba) yandırılaraq utilizasiya olunur. Yanma zamanı əmələ gələn tüstü xüsusi filtrlərdən keçir ki, bu da insanlara dəyə biləcək ziyanı heçə endirir. Yanma nəticəsində əmələ gələn kül qablara toplanaraq poliqondakı hücrələrdə basdırılır.

BŞİH-dən bildirilib ki, bu prosesə cəlb edimiş xüsusi təyinatlı avtonəqliyyat vasitələri ölkə başçısının Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı xidmələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə ayırdığı vəsait hesabına Almaniyadan alınıb. Onların yük yeri paslanmayan materialdan hazırlanıb və hermetikdir. Hazirda üç ədəd belə avtomobil gündəlik olaraq paytaxtın tibb müəssisələrindən tullantıların toplanması və utilizasiya yerinə çatdırılması ilə məşğuldur. İşçilər xüsusi geyim və qoruyucu vasitələrlə təmin edilib, texnika gündəlik dezinfeksiya edilir. Yaxın günlərdə Bakıya daha dörd ədəd belə avtonəqliyyat vasitəsi gətiriləcək.

Oxşar xəbərlər
OTACI