Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Eurovision” şərhçimizin adı açıqlandı

11 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Eurovision: Europe Shine A Light” mahnı şousunda şərhçisinin adını açıqlayıb.

İTV-dən bildirilib ki, “Eurovision: Europe Shine A Light” adı altında mayın 16-da Bakı vaxtı ilə saat 23:00-da canlı yayımlanacaq mahnı şousunun şərhçisi müğənni-bəstəkar Murad Arif olacaq. Şou iki saat davam edəcək.

Onlayn keçiriləcək musiqi şousuna təmsilçimiz Samirə Əfəndi “Kleopatra” mahnısı ilə Azərbaycandan qoşulacaq. Aparıcıları Şantal Yanzen, Edsiliya Rombli və Yan Smit olacaq musiqi şousunda 2020-ci il üçün iştirakçı ölkələrin nümayəndələri, eləcə də, ötənilki müsabiqənin qalibləri və ulduzları iştirak edəcəklər.

Xatırladaq ki, pandemiya səbəbilə ləğv edilmiş “Avroviziya 2020” mahnı müsabiqəsi Niderlandın Rotterdam şəhərində keçirilməli idi.

Qeyd edək ki, “Avroviziya 2021” mahnı müsabiqəsində Azərbaycanı yenidən S.Əfəndinin təmsil edəcəyi planlaşdırılır.

Oxşar xəbərlər
OTACI