Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hemofiliya və talassemiya xəstələrinin registri qaydasına dəyişiklik edildi

10 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərin registrinin yaradılması və aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” qərara dəyişiklik edilib.

Press.az-ın məlumatına görə, indiyədək hemofiliya irsi qan xəstəliyi olan şəxslərin registri akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının nəzdindəki Respublika Hemofiliya Mərkəzində, talassemiya irsi qan xəstəliyi olan şəxslərin registri isə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda yaradılırdı.

Dəyişikliyə əsasən, hemofiliya irsi qan xəstəliyi olan şəxslərin registri akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının nəzdindəki Respublika Hemofiliya Mərkəzində, talassemiya irsi qan xəstəliyi olan şəxslərin registri isə Milli Hematologiya və Transfuziologiya Mərkəzində yaradılacaq.

Eyni zamanda Azərbaycan Respublikasının ərazisində hemofiliya və talassemiya xəstəliyinə düçar olmuş şəxslərə ixtisaslaşdırılmış tibbi yardım akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında, Milli Hematologiya və Transfuziologiya Mərkəzində, Respublika Uşaq Klinik Xəstəxanasında, Gəncə və Şəki rayonlararası qanköçürmə mərkəzlərinin nəzdindəki qanın irsi xəstəliklərinin müalicəsi üzrə gündüz stasionarlarında göstəriləcək.

Oxşar xəbərlər
OTACI