Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ərdoğan: “Türk Şurası epidemiyadan sonrakı dövrə hazırlaşmalıdır"”

10 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının “COVID-19 infeksiyasına qarşı mübarizədə əməkdaşlıq və müqavimət” adlı videokonfrans vasitəsilə fövqəladə zirvə görüşündə çıxış edib. 

Press.az-ın xəbərinə görə, o, deyib ki, hazırda görünməz düşmənə qarşı çətin mübarizə aparırlar.

Dövlət başçısı virusa qarşı mübarizə məqsədi ilə quruma üzv ölkələrin səhiyyə nazirlərinin videokonfrans keçirərək təcrübə mübadiləsi edəcəklərini də vurğulayıb: “Türk Şurası zirvəsi koronavirusun yayılması ilə mübarizədə həmrəyliyimizi gücləndirəcək. İnfeksiyanın təsiri ilə eyni zamanda qlobal iqtisadi böhranla üz-üzəyik. Görülən tədbirlər aramızdakı ticarətə mənfi təsir göstərə bilər. Beynəlxalq ticarət və yük daşınması təchizat zənciri baxımından vacibdir”.

“Koronavirusa qarşı mübarizədə əlbəttə, qalib gələcəyik. Bundan sonra yeni bir dünyanın reallığı ilə qarşılaşacağıq. Mübarizəmizə davam edərkən, epidemiyadan sonrakı dövrə hazırlaşmalıyıq. İnkişafa vahid şəkildə yanaşmalı, əməkdaşlıq sahələrini müəyyənləşdirməli və tez bir zamanda lazımi addımlar atmalıyıq”, - deyə R.T.Ərdoğan vurğulayıb.

O, 65 ölkədən Türkiyənin 25 mindən çox vətəndaşını geri gətirilməsinə nail olduqlarını da vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilir. 

Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub.

Oxşar xəbərlər
OTACI