Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda tərəvəzin ucuzlaşması gözlənilir

10 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Azərbaycanda faraş tərəvəzlərin yığım dövrü başlayıb”.

Press.az xəbər verir ki, bunu İTV-nin efirində Kənd Təsərrüfatı Nazirliyi yanında Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev bildirib.

"Artıq Bərdədə soğan yığımına start verilib. Faraş xiyarın da artıq yığımı gedir. Bir neçə gündən sonra Cəlilabad və Şəmkirdə faraş kartofun yığımı başlanılacaq. Bununla da bazarda tərəvəz ucuzlaşacaq. Onu da deyim ki, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər aqrar məhsulların ixracında müəyyən çətinliklər yaradır.  İxacatçılar məhsulları daxili bazara yönəldirlər, bunun da müsbət tərəfi var, ölkədə məhsul bolluğu yaradır və qiymət aşağı düşür", - o deyib.

Oxşar xəbərlər
OTACI