Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İtaliyada pandemiya qurbanlarının sayı 18 mini keçdi

09 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İtaliyada son 24 saatda 610 nəfər koronavirusun qurbanı olub.

Press.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bununla da ölkədə pandemiya qurbanlarının sayı 18 279-a çatıb.

Bildirilib ki, koronavirusa yoluxanların sayı da daha 4 204 nəfər artaraq 143 626-ya yüksəlib.

İtaliyada koronavirusdan sağalanların sayı isə 28 470 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Oxşar xəbərlər
OTACI