Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Zirə"də ən gənc beşlik

09 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Zirə”nin tarixində Premyer Liqa matçına çıxan ən gənc futbolçu Rafael Məhərrəmlidir.

Press.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qartallar”ın heyətində 2018/19 mövsümündə debüt edən oyunçu 19 yaş 4 ay 12 günlüyündə ilk matçını keçirib. O, komandanın tarixində 20 yaşı olmadan Premyer Liqa qarşılaşmasına çıxan 4 futbolçudan biridir.

Məhərrəmliyə qədər uzun müddət rekordçu olan Vüsal İsgəndərli və Adil Nağıyevlə Yusif Nəbiyev də “20”yə çatmadan debüt edib. Ən gənc oyunçulardan təşkil olunan beşliyi cari mövsümdə debüt şansı qazanan Rauf Hüseynli qapayır.

1. Rafael Məhərrəmli – 19 yaş 4 ay 12 gün
10.02.2019. “Səbail” – “Zirə” – 0:2

2. Vüsal İsgəndərli – 19 yaş 10 ay 10 gün
13.09.2015. “Sumqayıt” – “Zirə” – 0:0 

3. Adil Nağıyev – 19 yaş 10 ay 28 gün
09.08.2015. “Zirə” – AZAL – 1:0

4. Yusif Nəbiyev – 19 yaş 11 ay 10 gün
13.08.2017. “Zirə” – “Səbail” – 2:1 

5. Rauf Hüseynli – 20 yaş 7 gün
01.02.2020. “Zirə” – “Sabah” – 2:0.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI