Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Binəqədi rayonu ərazisində qaz yoxdur? - AÇIQLAMA

09 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Paytaxtın Binəqədi rayonu ərazisində əhaliyə qazın verilməsində problemlər yaşanıb.

Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yaşayan sakinlər ötən gün axşam saatlarında təbii qazın verilməsinin dayandırılması barədə sosial şəbəkədə paylaşım ediblər.  

Məsələ ilə bağlı saytımıza açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri Ceyhun Səfərov bildirib ki, sözügedən ərazidə dünən axşam qazın təzyiqini tənzimləyən qurğulardan biri sıradan çıxıb:

“Ötən gün axşam saatlarında Binəqədi rayonunun 7-ci, 8-ci mikrorayonlarında, eləcə də Rəsulzadə qəsəbəsinin bir hissəsində təbii qazın verilməsində problem olub. Lakin sakinlərə qazın verilməsi dayandırılmayıb. Alternativ xətdən həmin ərazidə yaşayan sakinlərə təbii qazın verilməsi təmin olunub.

Bu gün səhər saat 11 radələrində sözügedən ərazidə sıradan çıxan qurğunun təmir edilməsi üçün təbii qazın verilməsi bir neçə saatlıq dayandırılıb. Təxminən günorta saatlarından əraziyə təbii qazın verilməsi tam şəkildə bərpa edilib”.

Oxu.az

Oxşar xəbərlər
OTACI