Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İranda pandemiya qurbanlarının sayı 4,1 mini ötdü

09 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İranda daha 117 nəfər koronavirusun qurbanı olub.

Press.az IRNA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 4 110 nəfər olduğunu açıqlayıb.

O bildirib ki, daha 1 684 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 66 220 nəfərə çatıb.

K.Cahanpur həmçinin 32 309 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.

Eyni zamanda İran Səhiyyə Nazirliyinin sözçüsü 3 918 pasiyentin vəziyyətinin ağır olduğunu söyləyib.

Oxşar xəbərlər
OTACI