Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

La Liqanın adalarda keçirilməsi təklifi

09 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İspaniyanın Tenerife şəhərinin Otelçilər Assosiasiyası İspaniya Futbol Federasiyası və La Liqa rəhbərliyinə çempionat oyunlarını Kanar adalarında keçirməyi təklif edib.

Press.az "Marca"ya istinadən xəbər verir ki, assosiasiyanın nümayəndələri bu təklifi  adaların İspaniyada ayrı olduğunu əsas gətirərək irəli sürüblər. Bildirilib ki, Kanar adalarında turistlər üçün bir neçə otel tikilib.  Buna görə La Liqa və Sequndanın ümumilikdə 42 klubunun adalarda qalmasının mümkünlüyü vurğulanıb.

Qeyd olunub ki, Kanar adalarında yerləşən ən böyük otellərdən birinin sahibi Jorje Mariçal artıq federasiya və klub prezidentlərinə bununla bağlı məktub göndərib.

Xatırladaq ki, İspaniyada liqalar koronavirus səbəbindən təxirə salınıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI