Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Futbolçuların qiyməti aşağı düşdü

09 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Transfermarkt portalı koronavirus pandemiyası səbəbindən bütün futbolçuların qiymətini aşağı salmağa qərar verib.

Press.az xəbər verir ki, 1998-ci il və daha aşağı təvəllüdlü futbolçularının qiyməti 10 faiz, digərlərinin isə 20 faiz azalıb. Klubların teleyayım, reklam və digər marketinq gəlirlərinin azalması səbəbindən qiymət aşağı salınıb.

Bununla da, dünyanın bütün futbolçularının bazar qiymətində ümumilikdə 9.22 milyard avro azalma müşahidə olunub.

Qiymət dəyişikliyindən sonra dünyanın ən bahalı futbolçularının qiyməti aşağıda qeyd olunan kimidir:

1. Kilian Mbappe (Fransa, PSJ) - 180 milyon avro (daha əvvəl 200 milyon avro)

2-3. Neymar (Braziliya, PSJ) və Rahim Sterlinq (İngiltərə, "Mançester Siti") - 128 milyon (daha əvvəl 160 milyon)

4-7. Kevin de Brüyne (Belçika, "Mançester Siti"), Harri Keyn (İngiltərə, "Tottenhem"), Məhəmməd Salah (Misir, "Liverpul") və Sadio Mane (Seneqal, "Liverpul") - 120 milyon avro (daha əvvəl 150 milyon)

8. Ceydon Sanço (İngiltərə, "Borussiya" Dortmund) - 117 milyon (daha əvvəl 130 milyon)

9. Lionel Messi (Argentina, "Barselona") - 112 milyon (daha əvvəl 140 milyon)

10. Aleksandr Trent-Arnold (İngiltərə, "Liverpul") - 99 milyon (daha əvvəl 111 milyon)

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI