Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ölkədə sanitar-epidemioloji vəziyyət nəzarət altındadır

09 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirus pandemiyasının və dünya bazarında neftin qiymətinin aşağı düşməsinin ölkəmizə mənfi təsirlərindən danışmaya bilmərik.

Press.az-ın məlumatına görə, bunu Baş Nazir Əli Əsədov Milli Məclisdə ötən ilə dair videohesabatda deyib.

Ə.Əsədov bildirib ki, Prezident İlham Əliyevin 27 fevral 2020-ci il tarixli sərəncamı ilə koronavirusla mübarizə məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb.

Baş Nazir qeyd edib ki, hazırda nəzərdə tutulmuş silsilə tədbirlər həyata keçirilir, ölkədə sanitar-epidemioloji vəziyyət nəzarətdədir.

"Azərbaycanda koronavirusla mübarizə üçün yetərincə tibbi ləvazimət var və eyni zamanda onların ölkəmizdə istehsalı istiqamətində işlər aparılır. Martın 25-dən etibarən Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilir və bu tədbirlərin tətbiqi qaçılmazdır".

Oxşar xəbərlər
OTACI