Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Baş Nazir: Struktur və kadr islahatları Nazirlər Kabinetinin fəaliyyətinə stimul verməkdədir

09 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Prezidenti tərəfindən aparılan struktur və kadr islahatları Nazirlər Kabinetinin fəaliyyətinə stimul verməkdədir.

Press.az-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə ötən ilə dair videohesabatda deyib.

Baş nazir bildirib ki, 2019-cu il Azərbaycan üçün köklü islahatlar ili kimi yadda qalıb və cəmiyyətin bütün sahələrini əhatə edib, ölkəni yeni inkişaf mərhələsinə çıxarıb.

Baş nazir vurğulayıb ki, hesabat ili Azərbaycan üçün uğurlu il olub. O bildirib ki, son illər iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ixrac imkanlarının genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində əsaslı tədbirlər həyata keçirilib, makro-iqtisadi sabitlik və dayanıqlı iqtisadi artım təmin edilib.

Oxşar xəbərlər
OTACI