Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bundesliqa necə keçiriləcək? – Şərtlər

08 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

May ayında bərpa ediləcəyi gözlənilən Almaniya çempionatlarının necə keçiriləcəyi bəlli olub.

Press.az xəbər verir ki, bununla bağlı detalları “Bild” nəşri açıqlayıb.

Məlumata görə, ilkin mərhələdə çempionatın 30 iyunda başa çatdırılması nəzərdə tutulub. Bundesliqa hətta oyunların apreldə bərpası ilə bağlı optimal variant da irəli sürüb. Birinci və ikinci bundesliqada çıxış edən 36 klubun hamısı çempionatın bərpası ilə bağlı şərtlərlə məlumatlandırılıblar.

Bu şərtlər nədən ibarətdir?

Hər şeydən əvvən oyunlar azarkeşlərsiz keçiriləcək. Matçlara buraxılacaq şəxslərin sayı 239 nəfərdən çox olmamaqla qəti müəyyənləşdirilib. Bu siyahıya ilkin olaraq 4 hakim, 40 futbolçu, 16 məşqçi, 3 anditopinq əməkdaşı, 6 tibb işçisi, 5 fotoqraf, 10 təhlükəsizlik xidməti əməkdaşı, 36 TV işçisi daxildir. Bundan başqa, stadionun ərazisində 50 mühafizəçi xidmət edəcək.

Klub nümayəndələri və fəxri qonaqlar da daxil olmaqla ümumi say 239 nəfəri keçməməlidir.

Xatırladaq ki, birinci bundeliqada 25 tur oynanılıb. Çempionatın başa çatmasına 9 tur qalıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI