Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Barselona" Koutinyoya 90 milyon qiymət qoydu

08 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Barselona” futbolçusu Koutinyonun satış qiymətini müəyyənləşdirib.

Press.az “Sport.es”ə istinadən xəbər verir ki, Kataloniya klubu hazırda “Bavariya”da icarədə olan braziliyalı yarımmüdafiəçini 90 milyon avroya satmağa hazırdır. Klubun gözlənilən maliyyə böhranına görə qiyməti azaltmaq niyyətində olmadığı da bildirillib.

İngiltərə Premyer Liqa təmsilçilərindən bir neçəsi Koutinyonu icarəyə götürmək istəyir. “Barselona” isə yalnız sonradan futbolçunu birdəfəlik transfer etmək şərti ilə onu göndərməyə hazır olduqlarını  bildirib.

Qeyd edək ki, Koutinyo ilə “Çelsi”, "Mançester Yunayted", "Lester", "Arsenal" və "Tottenhem"in  maraqlandığı iddia olunur.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI