Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qalatasaray"da Falkaonu o əvəzləyəcək

08 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qalatasaray" Radamel Falkaonun yerinə hücumçu axtarışına başlayıb.

Press.az xəbər verir ki, Türkiyə klubu kolumbiyalı forvardın Qətər təmsilçisi "Əl-Sədd"ə keçməsi ilə barışıb.

Ulduz futbolçunun Xavi Ernandesin çalışdırdığı klubla ilkin razılığa gəlməsini nəzərə alan "cim-bom" artıq yeni forvardını müəyyənləşdirib. İstanbullular Falkaonun satışından sonra "Şanxay"ın hücumçusu Halkı heyətinə qatmağa çalışacaq.

Klubu ilə ilin sonuna qədər müqaviləsi olan braziliyalı artıq Çinə qayıtmaq istəmir və karyerasını Avropada davam etdirmək niyyətindədir. Halk hətta Çindəkindən az maaşa da razıdır. "Qalatasaray" rəhbərliyi isə bonuslarla birlikdə 7 milyon avro qazanan Falkaonun aldığı məbləği 33 yaşlı "sambaçı"ya təklif edib.

Qeyd edək ki, Halk 2016-cı ildən "Şanxay"ın formasını geyinir.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI