Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Tottenhem”in futbolçuları parkda məşq etdi

08 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyo bir neçə futbolçu ilə hazırlıq keçib.

Press.az xəbər verir ki, portuqaliyalı mütəxəssis oyunçulara parkda məşq keçərkən diqqət mərkəzinə düşüb.

Bu futbolçulardan biri Tanqay Ndombele olub. Həmin parkda London təmsilçisinin digər üzvləri də olub. Bunlar yarımmüdafiəçi Rayan Sesenyon və müdafiəçi Devinson Sançesdir. Onlar Mourinyonun qrupundan ayrı çalışıb.

İngiltərədəki karantin qaydaları insanlara gündə bir dəfə gəzintiyə çıxmaq, açıq havada hərəkətlər etmək imkanı verir. Lakin bu zaman bir-birindən 2 metrlik məsafəyə riayət olunmalıdır. Futbolçular bir neçə dəfə bu tövsiyəni pozublar.

Qeyd edək ki, 29 oyunda 41 xal toplayan “Tottenhem” Premyer Liqanın turnir cədvəlində 8-cidir.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI