Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Avstraliyada koronavirusun yayılması səngiyib

08 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Avstraliyada koronavirusa yoluxanların göstəricisi 5%-dən 2%-ə enib”.

Press.az TASS-a istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Qreq Hant deyib.

Nazir bildirib ki, Avstraliyada koronavirusa ilk yoluxma halının qeydə alınmasından bəri 313 min koronavirus testi keçirilib:

“Pozitiv nəticələrin artımı bu gün 2% ancaq olub. Bu baxımdan Avstraliya dünyada birinci ilk yerlərdən birinə çıxır”.

Q.Hantın sözlərinə görə, son sutkada ölkədə koronavirusa yoluxanların sayı daha 112 artaraq 5 997 nəfər təşkil edib. O bildirib ki, bu, son həftənin ən aşağı göstəricisidir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Oxşar xəbərlər
OTACI